ÇİN ASTROLOGİYASI,ÜNSÜRLƏR

ATƏŞ  ÜNSÜRÜ 

Əfsanəvi_Qadın_Astrologiyası
Əfsanəvi_Qadın_Astrologiyası

Atəş Siçanı (1936-1996-2056)

 Atəş siçanı siçan bürclərinin ən idealist və rəqabətçi olanıdır. Bütün vəziyyətləri öz lehinə çevirə biləcək bir enerjiyə malikdir. Dayanmadan çalışır. Baxmayaraq ko bubqədər çalışqandır, hər işdə öndə olma həvəsi onun səbrsizliyini ön plana çəkər ki bu da atəş siçanını məhv edə bilir. Atəş siçanı əlverişsiz, hörmətsiz və zalım davranışlarda belə tez-tez rast oluna  bilər. 

Atəş Öküzü (1937-1997-2057)

 Digər tiplər arasında bunlar danışıqlarında, davranışlarında və başqalarının qüsurlarını göstərməkdə acı və lağ bir üslub və şərh istifadə edərlər. Nəzakət baxımından sözünü əsirgəməyən insanlar sayılırlar. Əgər şərhlərində kəskin və acı davranmışdılarsa və mühakimələrindən yanılmışlarsa, dərhal üzr istəməyə də hazırdırlar. Bir çox istiqamətdən xarakterləri həyatda bir çox şeyi güçləştirəcək quruluşdadır. Diplomatiya və incəlik istəyən işlərdə buna uyğun bir şəxsiyyət əldə etmələri olduqca çətindir. Bununla birlikdə müvəffəqiyyətli bir kariyeraya sahib olurlar. Bu karyera döyüşərək əldə edilmiş sayılmalıdır. Hüquq və ordu işlərində müvəffəqiyyətli olarlar. Atəş öküzü bütün öküz bürcləri içərisində ən ehtiraslı olandır. Ehtiras və inadçılığı gücü ilə düşünür.Nümayiş etməyi sevər. Istəklərinə meydan oxuyan kəsləri kənara itələyə bilər ki Atəş Öküz bürcünün xarici fikirlərə qarşı səbirsiz davranmasına səbəb olur. Bu vəziyyət onun ciddiliyinə və ədalət anlayışına kölgə salar.  

 Atəş pələngi (1926-1986-2046)

 Lider olaraq doğulmuş adamdır. Birdən coşğu və həvəs atəşi ilə parlayan və bunları başqalarına da köçürə bilən biridir. Bunlar həm uca könüllü və comərd həm də o birilərdən daha bacarıqlı olurlar. Bu bacarıq qabiliyyətlərini ictimai həyatlarında göstərirlər. Çox sempatik kəslərdir. Parlaq bir idarəçi xüsusiyyətlərinə malikdirlər. Atəş pələngi pələng bürcləri arasında ən teatral və qaydalara uyğun olmayan olanıdır. Diqqət çəkmək istər. Sürprizləri sevər. Bu səbəblə gözlənilməz bir adamdır. Sabah heç olmayacaq kimi  gününü yaşar.Comərtliyini və iyimsərliyini sonuna qədər istifadə edər.

 Atəş dovşanı (1927-1987-2047)

 Sıx dərəcədə romantik bir şəxsiyyətdir. Hisslərini müəyyən etməkdən heç qaçınmaz. Bu səbəblə başqalarının özünə qarşı diqqətli davranmasına səbəb olur. Hər nə qədər möhkəm ağızlı və təmkinli biri olsa da,o biri Dovşan ili doğumlulara bənzəməz. O birilərə görə liderlik xüsusiyyətləri daha inkişaf etmiş olub, lazım olduğunda danışaraq qarşısındakını razı etmə qabiliyyəti vardır. Atəş dovşanı romantik və fırtınalı bir xarakterə malikdir. Ən əyləncəli və hisslərini aşkar edən dovşan bürcüdür. İçindəki atəşi zərif, diplomatik və hiyləgər şəkildə gizlədir. Əyləncəni sevər. Bütün dovşan bürcləri arasında liderlik xüsusiyyəti ən yüksək olandır. Təvazökar və ehtiyatlı şəkildə davranır. Bütün dovşan bürcləri arasında ani dəyişmələrdən ən çox təsirlənən və əsəbiləşən atəş dövranıdır. Aldadlılırsa xəyal qırıqlığına uğrayar və buna çox pis sarsıntı keçirərlər. 

Atəş əjdahası (1916-1976-2036)

 O biri Əjdaha tipləri içərisində ən çətin, enerjili və ya atılgan ola bilər. Əsəbləşdiyində bir yanardağın püskürmə etməsi bənzətməsini təsəvvür edə bilərik. O tam bir atəş hissəsidir. Hərəkətin içinə dalar. Çox yaxşı bir lider ola bilər. Ətrafındakılara və ya əmr etdiklərinə hər söylədiyinin doğru olduğunu inandırması çox asandır. Hər an partlamağa hazırdır. Lider olma şərtlərinə malikdir. Hörmətlə davranılması lazımdır. diktatördür; lakin tərəfsizdir. Ən diqqətə çarpan xüsusiyyəti səbirsiz və şişirdilmiş olmasıdır. Rəqabət edəcək bir vəziyyət olmasa belə davamlı kəslərlə mübarizə edər. Olmadıq şeylər arxasında qaçar. Ətrafındakı insanlara öz coşğusunu əks etdirə bilər. Ancaq sərt və təcavüzkar üslubuna diqqət etməlidir. Fövri fikirlərə əsaslanan qərarlar almamalıdır. Təvazökar şəkildə ünsiyyət qurmağı öyrənməlidir. 

Atəş Yılanı (1917-1977-2037) 

Atəş ilanı ilan bürcləri arasında ən karizmatik və basqın olanıdır. Güclü şəxsiyyəti ilə güvən verən lider xüsusiyyəti vardır. Cazibəsiylə davamlı yüksələr və özünə yaxşı mövqelər tapar. Ən gizli istəkləri güc və zənginliklə əlaqədardır. Bu istəkləri üzündən ətrafına etibarsızlıq verə bilər. Başqalarını çox düşünmədən önyargılarıyla məhkum edən xüsusiyyəti də vardır. Zirvəyə çatmaq üçün mübarizə edər. Müvəffəqiyyət və şöhrəti əlindən buraxmamağa çalışır.

 Atəş Atı (1906-1966-2026) 

Atəş atı danılmaz bir enerji həyəcan və nəzarət edilə bilməz ehtirasla doludur. Cazibədarlığına və cazibəsinə baxmayaraq qərarsızlığı və diqqətinin dağınıq olması onu hədəflərinə çatmaqdan saxlayar. Sevgi dolu görünür lakin vəfasızdır. İş həyatında rəhbərliklə uyğun işləmir. Bu səbəblə özünün müstəqil şəkildə istifadə edə biləcəyi, dinamik və dəyişməyə açıq işləri seçər. Müxtəlif işləri edə biləcək tutumu və keyfiyyəti var. 

Atəş Koyunu (1907-1967-2027)

 Qoyun bürcləri arasında ən yaradıcı və cəsur olanı atəş qoyunudur. Romantik sıxlığı çox olsa da cəsarəti hisslərini təqib etməsindən gəlir. Romantik və məntiqsiz hərəkətləri zəifliyindən və etibarsızlığından qaynaqlanar. Səhv bir idarəçilərdir. Rahatlıq axtaran bədxərc biridir. Lüks üçün kapriz edər. Digər qoyun bürcləri kimi davamlı xəyallar qurar. 

Atəş Meymunu (1896-1956-2016) 

Meymun bürcləri arasında ən enerjili olanıdır. Təbii liderlik xüsusiyyəti var. Özünü bilən, özünə inamı yüksək və iradəli bir xarakterdir. Doğuşdan rəqabətli olması səbəbiylə bəzən mənasız hərəkətlər də edə bilər, ağıl xarici davrana bilər. Karizmatik xüsusiyyəti səbəbiylə özünü qəbul etdirər. Liderliyi sayəsində də asanca insanları idarə edə bilər. Atəş elementi ona zirvəyə dırmaşması üçün lazım olan enerjini və canlılığı təmin edər. Ancaq bu vəziyyət bəzən atəş meymunun inadçı edə bilər. Əlaqələrində etibarsız və qısqancdır. 

Atəş Xoruzu (1897-1957-2017) 

Atəş xoruz xoruz bürcləri arasında ən enerjili və avtoritar olanıdır. Müvəffəqiyyətə çatmada sərhədsiz ehtirası, qabiliyyəti və vasvasılığı var. Zaman zaman çox hirsli ola bilər. Doğuşdan rəhbərlik qabiliyyəti vardır. Ancaq rəhbərliyi qatı, avtoritar və özverisi ola bilər. 

Atəş iti (1946-2006-2066) 

Atəş iti ovsunlayıcı və cazibədar bir şəxsiyyətdir. Şən və özündən əmin görünür. Cazibədarlığı onu partiyaların vazgeçilməzi edər. Qarşı cins ilə əlaqələrində çox müvəffəqiyyətlidir. İdealizm ilə birləşən dürüstlüyü və səmimiyyəti atəş itinin əhəmiyyətli layihələri əisə etməsində  ən əhəmiyyətli faktordur. 

Atəş Donuzu (1947-2007-2067)

 Atəş donuzu cəsarətli və inadkar dolu bir şəxsiyyətdir. Atəş elementi donuz bürclərinə sıx duyğu qatar. Yüksək enerjisiylə ərköyün istəkləri üçün ya hər şeyi alt-üst edər ya da idealizmi ilə birlikdə hədəflərini həyata keçirər. Optimist bir şəxsiyyət olması səbəbiylə şanslıdır. Özünə etibarı tamdır. Naməlumluqlardan qorxmaz və risk alar.

                                                     Əfsanə Rza

ATƏŞ  ÜNSÜRÜ ” üzərinə 6 şərh

    1. Salam. Astrologiyada 4 ünsür vardır və hər biri də uyğun olaraq xarakterik xüsusiyyətlərə malikdir.Şir,Oxatan və Qoç bürcləri OD ünsürüdür.Enerjili,Çevik,Atılqan tiplidirlər.Şir gürcü eyni zamanda sabit bürc olduğundan sabit fikrili ,asanlıqla qərar qəbul edə bilən və nə istədiyini çox yaxşı bilən bürcdür.Bir sözlə mərkəz odur,cümlə cahan onun ətrafında dönsün ,çox diqqət tələb edən bir bürcdür ☺

      tərəfindən bəyənildi 1 şəxs

  1. Salam. Ən seksual bürc hansıdır? yəni cinsi istəyi həddinən artıq çox olan bürc hansıdır (həm kişi həm qadın üçün ayrıca nəzərdə tuturam)? qoç yoxsa əqrəb?

    Bəyən

Bir şərh yazın